12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda karyera yarmarkası açılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") birgə təşkilatçılığı ilə "Böyük imkanlara kiçik addım" adı altında keçirilən 2-ci karyera yarmarkasının açılış mərasimi keçirilib. "APA-Economics"in məlumatına görə, açılışda BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova "AmCham Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova çıxış ediblər.

İ.Əhmədova bildirib ki, yarmarkanın əsas məqsədi iş axtaran gəncləri nüfuzlu şirkətlərə tanıtmaq və onlara karyera quruculuğuna dəstək olmaqdır. Yarmarkanın Azərbaycanın əmək bazarına töhfə verəcəyini və məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratması baxımından xüsusi əhəmiyyət daşımasını qeyd edən İ.Əhmədova onu da vurğulayıb ki, ötən il təşkil olunan analoji yarmarka çərçivəsində 150 nəfər məzun nüfuzlu şirkətlərdə işlə təmin olunub.

N.Məmmədova deyib ki, Palatanın tərkibində ən fəal olan komitələrdən biri də məhz "İnsan Resursları Komitəsidir. Təsadüfi deyil ki, bu komitə öz sahəsində ən çox tələb olunan platformalar sırasındadır.

Əmək karyerasında 30-a yaxın şirkətin iştirak edir.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi