27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb edir

Oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirədə ölkədə bu ilin əvvəlindən həyata keçirilən islahatların uğurlu nəticələr verməsi ilə yanaşı, irəli getməyə mane olan və hətta əldə olunmuş nəticələrə xələl gətirə bilən sədlərin mövcudluğu barədə də fikirlər səsləndi. Prezident İlham Əliyev bəyan etdi ki, bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, müşavirədə Prezidentdən daha bir irad hər ilin sonunda büdcə müzakirə olunarkən şişirdilmiş, havadan götürülmüş rəqəmlər oldu. "Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər".

P.Heydərov qeyd edib ki, bütün bunlar məhz həyata keçirilməkdə olan islahatların dərinə işlədikcə üzə çıxardığı və həlli vacib sayılan problemlərdir. Təkcə cari ilin əvvəlindən bəri dövlət büdcəsinə, Prezidentin də qeyd etdiyi kimi, 100 milyonlarla manat əlavə vəsait daxil olub. Yəni ölkədə "kölgə iqtisadiyyatı"na qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində artımlar yaradıb və bunun nəticəsində iqtisadiyyatda kəskin keyfiyyət dəyişiklikləri baş verib. Məsələn, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əlavə gəlirlər daxil olduğundan dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 150 milyon manat azaldılıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə cari ildə nəzərdə tutulan transfert məbləği dəyişdirilmədən icmal büdcənin xərclərinin yuxarı həddi 215 milyon manat artırılaraq 27,4 milyarda çatdırılıb.

Başqa sözlə desək, intensiv dəyişikliklər baş verib. İlin ortasında dövlət büdcəsi keyfiyyətcə yeni formada dəyişdirilib. İlk dəfə dövlət büdcəsindən DSMF-yə ayrılan vəsait 150 milyon manat azaldılıb.

P.Heydərov qeyd edib ki, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə ardıcıl genişləndirmək və artırmaq üçün dövlət büdcəsinə gəlirlərdə şəffaflıq yaratmaq, gizli gəlir mənbələrini aşkarlamaq və mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək başlıca hədəf seçilməlidir: "Əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb etdiyindən "donor mənbələri" işə yaramır. Başqa sözlə, bu sahədə təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq mümkün deyil və ola da bilməz.

Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat sağlam olmalı və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etməklə, "kölgə" amillərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin olmamalıdır".

Fəxriyyə İKRAMQIZI

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?