23 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda biznes mühitinin əlverişliliyi xarici investorların ölkəyə gəlişini təşviq edir

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib. Toplantıda "Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf" mövzusunda təqdimat nümayiş olunub. Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.

O, ilk növbədə, dövlət başçısının uğurlu siyasəti ilə ölkədə yaradılan monitorinq və qiymətləndirmə institutu, rəqəmsallaşması ilə bağlı xüsusi qeydləri iştirakçıların diqqətə çatdırıb: "Bütövlükdə islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi kimi mərhələlərinin tam rəqəmsallaşması islahatların kəsilməzliyini, dönməzliyini, inklüzivliyini və sistemliliyini təmin edir. Təsadüfi deyil ki, Doing Business hesabatında 25-ci yeri tutan Azərbaycan yenidən bu ilki hesabatda top 20 islahatçı ölkənin sırasında daxil edilib. Digər tərəfdən isə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan "Hökumətin dəyişikliyə reaksiyası" sub-indikatoru üzrə dünyanın 140 ölkəsi arasında 5-ci, "Hökumətin strateji baxışı" sub-indikatoru üzrə isə 10-cu yerdədir. Bu iki sub-indikator onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlar kifayət qədər həm yerli, həm də qlobal çağırışları, perspektivləri, riskləri nəzərə alaraq sistemli şəkildə təkcə qısa, orta deyil, həm də uzun müddətli dönəmdə hazırlanaraq həyata keçirilir. Aparılan uğurlu islahatlar artıq öz nəticəsini verir və nəticə ondan ibarətdir ki, Azərbaycanın tədiyyə balansında, icmal balansında və hökumətin balansında müsbət saldolar yaranıb, inflyasiya 2,6 faiz təşkil edib, manatın sabitliyi təmin olunub. Azərbaycanın strateji valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 110 faizini təşkil etdiyi halda, xarici borcu onun 17 faizini təşkil edir".

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında bir ölkəyə həsr olunan ayrıca tədbirin keçirilməsi çox nadir hallarda olur. Azərbaycana dair belə bir tədbirin keçirilməsi isə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə qeyd olunub ki belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və Beynəlxlaq Valyuta Fondunun bu qədər diqqət yetiridiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycan yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

Qeyd edək ki, "Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf" mövzusunda təqdimatın keçirildiyi toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi