8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Star" zavodunun illik gəlirləri 6-9 milyard dollar civarında qiymətləndirilir

Neftin qiymətindən asılı olaraq, SOCAR-ın Türkiyədə yerləşən "Star Rafineri" neft emalı zavodunun (NEZ) illik gəlirləri 6-9 mlrd. ABŞ dolları təşkil edəcək. "APA-Economics"in məlumatına görə, bunu Əliağada (İzmir şəhəri) keçirilən mətbuat konfransında NEZ-in baş direktoru Mesut İlter deyib. Onun sözlərinə görə, NEZ-in ümumi mənfəətinin 600-800 mln. dollar, xalis mənfəətinin isə 500 mln. dollar olacağı gözlənilir. M.İlter əlavə edib ki, neft emalı zavodunun tam gücü ilə işlədiyini nəzərə alaraq, artıq gələn ilin nəticələrinə görə, sözügedən göstəriciləri təmin etmək mümkün olacaq.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal etmək gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsulları təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. İlin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyi planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?