10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük nəzarətinin sadələşdirilməsi barədə müzakirələr aparılır

Azərbaycan hökuməti Rusiya, Gürcüstan və Türkiyə ilə avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilməsi barədə danışıqlar aparır. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, hazırda İrandan tranzit keçməklə Naxçıvana gedən və Bakıya gələn avtobuslar üzrə gömrük nəzarəti sadələşdirilmiş qaydada aparılır. Avtovağzallarda gömrük nəzarəti zonaları yaradılaraq sərnişinlərə aid yüklər yoxlanılır, qeydə alınır, avtobusa yüklənir və avtobusun yük yerləri gömrük təminatı vasitələri ilə plomblanır. Sərhəd-keçid məntəqələrində isə avtobusun yük yerləri gömrük təminatı altında olduğu üçün yüklərin yoxlanılması həyata keçirilmədən rəsmiləşdirilir.

"Rusiyanın müxtəlif şəhərlərinə səfər edən avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilmiş qaydada tətbiqi birtərəfli olaraq həyata keçirilir. Ölkə ərazisindən yola düşən avtobuslar üçün avtovağzallarda yüklərə gömrük təminatı vurularaq gömrük nəzarəti və rəsmiləşdirilməsi aparılır, amma Rusiya tərəfində sərhəd-keçid məntəqələrində gömrük nəzarəti və rəsmiləşdirilməsi yüklərə yoxlama aparılmaqla həyata keçirilir. Hazırda hər üç ölkə - Rusiya, Gürcüstan və Türkiyə gömrük orqanları ilə avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilmiş qaydada aparılmasının qarşılıqlı tətbiqi barədə danışıqlar aparılır", - deyə İ.Hüseynov vurğulayıb.

Komitə rəsmisi əlavə edib ki, ümumiyyətlə, ay ərzində təxminən 30 minədək sərnişin avtobuslarla sadələşdirilmiş qaydada sərhəd-gömrük buraxılış məntəqələrindən keçir, bu da gömrük orqanları tərəfindən vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində atılan addımlardandır.

VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir?