12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək şəraiti necə müəyyənləşdirilir...

İşçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əməkhaqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığortasının təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər.

Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir: "Bəzi vergi ödəyiciləri hesab edirlər ki, tərəflərin razılığı olduğu halda əmək şəraiti işçinin əmək şəraitindən aşağı şərtlərlə müəyyən edilə bilər. Misal üçün, mütəxəssis vəzifəsində çalışan işçi üçün məzuniyyət günlərinin sayını 30 yox, 20 gün müəyyən edirlər. Yaxud işçinin razılıq ərizəsinə əsasən, 1 sentyabr 2019-cu ildən tam iş saatı ilə çalışan işçiyə minimum əməkhaqqı məbləğindən, yəni 250 manatdan aşağı əməkhaqqı müəyyən edirlər".

Əmək Məcəlləsinin 55-ci maddəsi əmək şəraitindən yüksək şərtləri nəzərdə tutur. İşəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Hətta işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanunvericiliyi icazə vermir. Bu cür hallar baş verdiyi halda, İnzibati Xətalar Məcəlləsinin "Əmək qanunvericiliyinin pozulması" adlı 192-ci maddəsinin bəndlərinə müvafiq olaraq maliyyə sanksiyaları tətbiq edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?