12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar

Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində sentyabrın 26-da fondun təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirilir.Tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlər müzakirə edilir.

Son 10 ildə institusional investorlar arasında müsbət təsirli investisiyalara olan maraq hədsiz sürətlə artır. Bu tip investisiyalarda institusional investorlar idarə edilə bilən risklərlə yüksək gəlirlilik qazanmaqla yanaşı, bu növ investisiyalar vasitəsilə sosial və ətraf mühitə müsbət təsiretmə imkanına malik olurlar.

Konfrans müsbət təsirli investisiyaların mahiyyəti, onların maliyyə bazarları və alətlərinə təsiri, institusional investorlar tərəfindən bu investisiyaların strateji inteqrasiyası və tətbiqi, müsbət təsirli investisiyaların ölçülməsi və hesabatlılığı, bu investisiyalar üçün mövcud siyasət və qaydalar, iqlim dəyişikliyi məsələlərinə investisiyalar kimi mövzuları əhatə edən 6 sessiyadan ibarətdir.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov müsbət təsirli investisiyaların əhəmiyyətini vurğulayaraq deyib: "Uzunmüddətli investor olaraq biz inanırıq ki, dəyər yaratma və davamlılıq bizim investisiya strategiyalarımızın əsas təməlini təşkil etməlidir və bu hədəflərə çatmaq üçün müsbət təsirli investisiyalar böyük potensiala malikdir. Təşkil etdiyimiz bu konfransın uzunmüddətli institusional investorların bu sahədə məlumatlılığının artırılmasında mühüm mərhələ olacağına inanırıq".

IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks bildirib: "60 ildən artıqdır ki, IFC müsbət təsirlərə səbəb olan investor kimi çıxış edir. Fəaliyyət göstərdiyimiz sahələrdə tərəfdaşlarımızla birgə sosial və ekoloji mənfəət naminə investisiya qoyuluşunun etimad və şəffaflığını artırmaq üçün həyata keçirilən səylərə rəhbərlik edirik. Hazırda artan sayda investor və şirkətlərin cəmiyyət üçün müsbət nəticə əldə etmək istiqamətində öz biznes modellərini və investisiya strategiyalarını uzlaşdırmaq niyyətlərini görməkdən məmnunuq. Azərbaycan Respublikası Dövlət Neft Fondu inkişaf etməkdə olan iqtisadiyyatlardan IFC-nin Vəsaitlərin İdarə edilməsi (Asset Management Company) şirkətinin idarə etdiyi aktivlərə investisiya etmiş ilk investordur. ARDNF-ə ümumi missiyamıza sadiq qaldığına görə minnətdarlığımızı bildirmək istərdik".

Konfransda aparıcı suveren fondların, pensiya fondlarının, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun, bir sıra universitetlərin təmsilçilərindən ibarət 200-dək şəxs iştirak edir.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?