11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnkişaf Bankı Azərbaycan üzrə ÜDM proqnozunu artırıb, inflyasiya üzrə isə aşağı salıb

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda 2,6 faizlik iqtisadi artım olacağını proqnozlaşdırır. "Report" xəbər verir ki, bu barədə Bankın açıqladığı "Asian Development Outlook 2019" yenilənmiş hesabatında deyilir. ADB 2020-ci il üçün isə ÜDM proqnozunu 2,4 faiz göstərib.

Qeyd edək ki, bundan öncəki hesabatda ÜDM-ın artımı 2019-cü il üçün 2,5 faiz, 2020-ci il üçün isə 2,7 faiz göstərilmişdi.

Bundan əlavə Bank Azərbaycanın inflyasiya proqnozunu da yeniləyib. Belə ki, bu il üçün Azərbaycanda inflyasiya proqnozu 4 faizdən 3,7 faizə qədər, 2020-ci il üçün isə 5 faizdən 3,8 faizə qədər geriləyib. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda 1,4 faizlik ÜDM artımı, 2,3 faizlik inflyasiya qeydə alınıb.

Bildirilib ki, 2019-cu il üzrə artım proqnozunun artması qaz ixracının 20,3 faiz artması ilə ümumi ixrac həcmlərinin genişlənməsi və daxili tələbatın artması ilə əlaqədardır. 2020-ci il üzrə proqnozun isə aşağı salınması qaz hasilatını stabil artım proqnozu ilə bağlıdır. Qeyd olunub ki, iqtisadi artım yüksək daxili tələbatla əlaqədar olaraq 2018-ci ilin I yarısındakı 1,3 faiz göstəricidən bu ilin I yarısında 2,4 faizə çatıb. Ən böyük neft platformasının planlaşdırılmış müvəqqəti hasilatı dayandırması səbəbindən neft hasilatı 3 faiz azalsa da mədənçıxarmada 1,6 faiz və emalda 13,5 faizlik artım sayəsində sənaye 1,8 faiz böyüyüb.

"Şahdəniz" qaz-kondensat yatağının tam hasilata başlaması ilə qaz hasilatı rekord həcmdə - 35 faiz artıb. Xidmət sektoru nəqliyyatın 2,5 faiz, pərakəndə ticarətin 2,8 faiz, turizm və istirahətin 3,3 faiz artımı ilə 3 faiz artıb. Qeyd edilib ki, əlverişli hava şəraiti məhsul istehsalına müsbət təsir edib və kənd təsərürfatı istehsalı 13,1 faiz artıb.

Hesabatda xatırladılıb ki, bu ilin I yarısında infyasiya ötən ilin müvafiq dövründəki 3 faizdən 2,5 faizə düşüb. Ərzaq qiymətləri 2,7 faiz, digər mallar üçün 1,3 faiz, xidmətlər isə 3,2 faiz artıb. İnflyasiyanın azalması ilə Mərkəzi Bank uçot dərəcəsini iyul ayında 8,25 faizə endirib.

Qlobal ərzaq qiymətlərində proqnozlaşdırılan enişin perspektiv təsiri, əməkhaqqı artımı və artan tələbat 2019-c u il üzrə inflyasiya proqnozunun yenilənməsinə səbəb olub. 2020-ci ildə ərzaq qiymətlərinin artmasının proqnozlaşdırılmasına baxmayaraq gələn il üçün inflyasiya proqnozu azaldılıb, çünki məcmu tələb artımının aşağı düşməsi gözlənilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?