7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məşğul şəxslərin reyestr məlumatları zənginləşdirilir

Azərbaycanda xüsusi ali və orta ixtisas təhsil müəssisələri istisna olmaqla, dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar yeni yaradılacaq məşğul şəxslər barədə reyestrə daxil ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Nazirlər Kabineti 19 sentyabr 2019-cu il tarixli qərarı ilə "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"nı təsdiq edib. Qaydaya əsasən, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrdə əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında reyestrə daxil ediləcək: "Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələri həm də ödənişli əsaslarla fəaliyyət göstərir. Belə olan halda bütün ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar reyestrə daxil ediləcək. Qayda yalnız xüsusi ali və orta ixtisas təhsil müəssisələrini əhatə etmir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"na əsasən, məşğul şəxslər barədə reyestr yaradılacaq. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin ediləcək.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?