14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özünüməşğulluq proqramı barədə məlumatlar açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "e-sosial" internet portalında "Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi yaradıb. Hazırda proqramı iştirakçılarına, eləcə də onların aktivlərlə təminatına dair bütün məlumatların altsistemə daxil edilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev sosial sahədə aparılan islahatlar barədə məlumat verərək vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır.

Qeyd edilib ki, proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. Artıq bu il 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib.

Özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığının təmin edilməsi nəticədə həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarətin də təmin edilməsinə, eləcə də hər hansı iştirakçıya aktivlərin verilməsi prosesi, bu aktivlərin kəmiyyəti, keyfiyyəti və s. ilə bağlı KİV-lər tərəfindən operativ və obyektiv araşdırmanın aparılmasına imkan yaradır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?