7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin tikintisinə oktyabrdan başlanılacaq

Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) tikintisində sürətli mərhələ qaz nəqli sazişlərinin imzalanmasından və Avropa tənzimləyici qurumlarının tələbləri yerinə yetirildikdən sonra başlayacaq. Bu barədə "Report"a bildirən "SOCAR Balkans" şirkətinin icraçı direktoru Murad Heydərov prosedur məsələlərinin oktyabr ayının əvvəlinədək həll olunacağını və bundan sonra, yəni gələn ayın əvvəlindən sözügedən boru kəmərində sürətli tikinti işlərinə başlanacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Bolqarıstana nəqli məqsədilə inşa olunacaq IGB Trans Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. IGB vasitəsilə "Şahdəniz-2" yatağından Bolqarıstana ildə 1 milyard kubmetr təbii qazın tədarükünə dair "Bulqarqaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycandan idxal hesabına Bolqarıstan qaz ehtiyaclarının 25-30 faizini ödəyəcək. Məcmu investisiya dəyəri 220 milyon avro olan IGB kəmərinin 2020-ci ilin ikinci yarısında hazır olacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr, o cümlədən Bolqarıstan ərazisində 150 kilometr olan kəmərin nəqletmə gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?