2 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət-özəl sektor dialoqunun “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə rolu böyükdür

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” beynəlxalq elmi-praktik konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “kölgə iqtisadiyyatı”nın bütün dünyada problem oduğunu bildirərək qeyd edib ki, bu məsələnin həllində inzibati tədbirlər tam effektiv vasitə kimi qiymətləndirilmir. Əksər ölkələr artıq bu qlobal problemin səmərəli həll yolunun biznes mühitinin əlverişliliyinin artırılmasından, səbəblərin aradan qaldırılmasına yönələn islahatlardan keçdiyini qəbul edib: “Ölkəmizdə həyata keçirilən islahatlar “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə müşayiət edilir. Bu həm büdcə daxilolmalarının həcminin , həm də sahibkarlıq subyektlərinin sayının artımında özünü göstərir. “Kölgə iqtisadiyyatı”nın mövcudluğunu şərtləndirən əsas amillərdən biri sahibkarların, xüsusilə mikro və kiçik biznes subyektlərinin məlumatlılıq səviyyəsinin aşağı olmasıdır və bu çatışmazlığın aradan qaldırılması üçün müxtəlif platformalar üzərindən dövlət-özəl sektor dialoqunu genişləndirmək zəruridir”.

Qeyd olunub ki, dövlət-özəl sektor dialoqunda dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır. Bunun üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması sürətləndirilməli, vətəndaş cəmiyyətinin təmsilçiləri qismində biznes assosiasiyalarının həmin şuralara seçimlərdə iştirakı təmin olunmalıdır”.

O.Məmmədov vurğulayıb ki, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, qurum ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə agentlik yanında yaradılmış İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur. Bundan əlavə, Müşahidə Şurasında Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi üzv qismində təmsil olunur: “İctimai Şuranın mütəmadi keçirilən iclasları vasitəsilə əldə etdiyimiz məlumatlar fəaliyyətimizin səmərəli təşkil olunmasında mühüm rol oynayır və biz bu mexanizmin effektivliyini kifayət qədər yüksək qiymətləndiririk”.

Bildirilib ki, “qanunvericiliyin təsiri analizi” mexanizminin işlək vəziyyətə gətirilməsi, mərkəzi icra hakimiyyəti orqanları və Milli Məclis tərəfindən normativ hüquqi aktların qəbulu prosesində ictimai müzakirələrin aktiv keçirilməsi məqsədəuyğun olardı: “Bütün iqtisadi təmayüllü qanun layihələrinə, qanunvericiliyə edilən dəyişikliklərə müvafiq biznes assosiasiyalarının rəyinin alınması bu prosesin dövlət-özəl sektor dilaoqunun başlıca prinsipinə - aşkarlığa uyğun şəkildə həyata keçirilməsinə zəmin yaradar, eləcə də biznes dairələrinin dəyişikliklərə çevik adaptasiyasını təmin etmiş olar.

Sədr sahibkarlara daha yaxın olmaq və onlarla fərdi şəkildə dialoq qurmaq məqsədilə kiçik və orta biznesin dostu şəbəkəsinin yaradılmasına başlanıldığını bildirib: “ Hazırda 14 inzibati ərazi vahidi üzrə 16 “KOB dostu” fəaliyyət göstərir və bu şəbəkənin ölkənin bütün rayon və şəhərlərində təşkili nəzərdə tutulur. Agentlik tərəfindən tətbiq olunan bütün dəstək mexanizmlərindən öz fəaliyyətini normal, qanuni müstəvidə quran sahibkarlar yararlana bilirlər. Bu dəstək mexanizmlərinin miqyası genişləndikcə sahibkarlar fəaliyyətlərini “kölgədən çıxarmağa” maraqlı olurlar. Omlar üçün bu cür dəstək mexanizmlərindən yararlanaraq şəffaf fəaliyyətdən əldə edilən qanuni gəlir “kölgədə” qalıb vergilərdən, digər məcburi ödənişlərdən yayınma ilə əldə olunan qanunsuz gəlirdən daha cəlbedici görünür”.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?