24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİB Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsinin maliyyələşdirilməsini təsdiqləyib

AİB Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsinin maliyyələşdirilməsini təsdiqləyib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsinin maliyyələşdirilməsini təsdiqləyib. Maliyyələşdirmə paketi hər biri 70 milyon dollar olan iki və 25 milyon dollarlıq bir kredit xəttini əhatə edir.
AİB-nin məlumatına görə, layihə istehsal gücü sutkada 300 min m³ olan və pik tələbat dövrlərində məhsuldarlığı sutkada 330 min m³-dək artırmaq imkanı verən əks-osmos üsulu ilə dəniz suyunun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarını və texniki xidmətini, eləcə də müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.

Layihə 25 illik dövlət-özəl tərəfdaşlığı sazişi çərçivəsində həyata keçiriləcək. Təmizlənmiş su yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə təhvil veriləcək. Bu, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı, həmçinin dövlət-özəl tərəfdaşlığı formatında reallaşdırılan ilk layihədir.

Layihə AİB-nin Azərbaycanla 2025–2029-cu illər üzrə Tərəfdaşlıq Strategiyasının aşağı karbonlu nəqliyyat və infrastruktur əlaqəliliyinin inkişafını, eləcə də inklüziv inkişafı nəzərdə tutan əsas məqsədlərindən birinə uyğundur. Layihə, xüsusilə, Strategiyada nəzərdə tutulan ekoloji cəhətdən təmiz və dayanıqlı infrastrukturun yaradılması nəticəsinə nail olunmasına töhfə verir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması