24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin 10 ayında bank sektorunun aktivləri 65 milyard manatı ötüb

Bu ilin 10 ayında bank sektorunun aktivləri 65 milyard manatı ötüb

Bu ilin 10 ayında bank sektorunun aktivləri 14 faizdən çox artaraq 65 milyard manatı ötüb. Kredit portfelinin həcmi isə 14 faiz artaraq 34 milyard manatı üstələyib.

Bu məlumatı Azərbaycan Mərkəzi Bankının sədr müavini Əlyar Məmmədyarov X Beynəlxalq Bank Forumunda açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindən bankların biznes kreditləri 17 faiz artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin əmanətləri isə 15 faizə yaxın artaraq tarixi rekorda - 18,7 milyard manata çatıb:

“Son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunmaqdadır. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2,2 dəfə artaraq 235 min nəfəri üstələyib. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətlərinin yalnız 28 faizi xarici valyutadadır. Düşünürəm ki, qeyd olunanlar, bank sektoruna olan etimadın ən bariz göstəriciləridir. Bank sisteminin dayanıqlılıq göstəriciləri də yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sistemi üzrə əsas dayanıqlılıq göstəricisi olan məcmu kapitalın adekvatlıq əmsalı təxminən 17 faiz səviyyəsindədir ki, bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır”.

Ə.Məmmədyarov vurğulayıb ki, sabitliyin zirvəsində bank sektorunun qarşısında duran yeni çağırışları obyektiv dəyərləndirmək vacibdir: “2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında “oyun qaydaları”nı köklü şəkildə dəyişdirir. Bu isə, kapital tələbləri kimi klassik risk azaltma tədbirləri ilə yanaşı, texnoloji və kiberrisklərə yönəlik nəzarət mexanizmlərinin daha sürətlə tətbiqini şərtləndirir”.

Sədr müavini bu tendensiyanın tənzimləyici qurumların qarşısında iki sistemli çağırış formalaşdırdığını qeyd edib:

1. Risklərin təbiətinin mürəkkəbləşməsi - ənənəvi maliyyə risklərinə yüksək əməliyyat, texnoloji və hətta iqlim riskləri əlavə olunur.

2. Sosial mühəndislik və məlumat sızma riskləri - insanların etimadına qarşı birbaşa təhdidə çevrilir.

“Mərkəzi Bank müasir texnologiyaların dərindən dərk edilməsinə əsaslanan “ağıllı tənzimləmə” (Smart Regulation) konsepsiyasını rəhbər tutur. Bu konsepsiyanın əsas mahiyyəti çeviklik və mütənasiblikdir. Proaktiv nəzarətin təmin edilməsi məqsədilə Mərkəzi Bank ARAS – risk əsaslı nəzarət sisteminin tətbiqinə başlayıb. ARAS sistemi gələcəyə baxış yanaşmasına əsaslanmaqla bankların risk profilini daha dəqiq müəyyən etməyə, habelə risk səviyyələri əsasında prioritetləşdirilmiş və proporsional nəzarət tədbirlərinin tətbiqinə imkan verir. Paralel olaraq, nəzarət tədbirlərinin effektivliyi və çevikliyinin artırılması məqsədilə, Mərkəzi Bank, SupTech həllərinin formalaşdırılmasına və tətbiqinə start verib. Rəqəmsal maliyyənin əhatə dairəsinin genişləndiyi mühitdə Mərkəzi Bankın avtomatlaşmış risk əsaslı nəzarət sistemləri ölkədə maliyyə sabitliyinin təmin olunması baxımından açar rolunu oynayır və gələcək çağırışlara hazırlıq səviyyəmizi gücləndirir”.

Ə.Məmmədyarov bildirib ki, maliyyə sektorunun gələcək inkişafı üçün rəqəmsal hazırlıq səviyyəsi də diqqətdə saxlanılır. Hazırda 2027–2030-cu illər üçün “Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı” üzərində iş aparılır. Proqramın əsas məqsədi ölkəmizi regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir. Bunun üçün Proqramda süni intellektin tətbiqi və insan kapitalının gücləndirilməsi, ödəniş və rəqəmsal maliyyə infrastrukturunun inkişafı, kiber və rəqəmsal fırıldaqçılıqla mübarizə diqqət mərkəzində saxlanılacaq.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması