Azərbaycan – İtaliya Biznes Forumu keçirilib
“Azərbaycan – İtaliya Biznes Forumunda İtaliya Respublikasının Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və həmkarlarla birgə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik.
Forumda aparılan müzakirələr iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi və biznes dairələri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Forum çərçivəsində kritik minerallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Sənəd xammalın hasilatı, Avropa bazarlarına çıxarılması, logistika əlaqələrinin inkişafı və sənaye sahəsində birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verəcək”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
