23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Bu gün keçirilən Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “Cassa Depositi e Prestiti S.p.A.” şirkəti ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, “IVECO” və “Azteximport” şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə Müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin, Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması