23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Anar Axundov: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır”

Anar Axundov: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır”

“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin ilk doqquz ayında isə ölkələrimiz arasında ticarətin həcmi 9 milyard ABŞ dollarından çoxdur”.

Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes-forumunda çıxışında məlumat verib.

Nazir müavini vurğulayıb ki, qeyri-neft ticarətinin genişlənməsi sahibkarlara Avropa bazarına çıxmağa, sənaye müəssisələrimizə isə istehsalı müasirləşdirməyə imkan verir. Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir.

“Azərbaycan İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Respublikası Dövlət Neft Fondu və SOCAR bu istiqamətdə böyük uğurlara imza atmışdır”, - Anar Axundov əlavə edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması