Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 87,8 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 5,3 faiz üstələyir.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 16 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 0,3 faiz, cari ilin avqust ayına nisbətdə isə 43,2 faiz çoxdur.
2026-cı ilin sentyabr ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:
Birləşmiş Krallıq, Almaniya, İtaliya, Fransa və İspaniya.
