20 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Naxçıvan şəhərində üç gün davam edən “AzerGold” QSC-nin qızıl və gümüş məhsullarının sərgi-səyyar satış günlərində yerli sakinlərə məhsullar yaxından tanıdılıb, çeşid, dizayn və əldə olunma imkanları barədə məlumat verilib və yerində satış həyata keçirilib.

QSC-dən verilən məlumata görə, tədbirdə ümumilikdə 27 çeşiddə sikkə - o cümlədən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan, “Smartminting” texnologiyası ilə üçölçülü formatda hazırlanan “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, “Naxçıvan” və “Qarabağ” kolleksiyaları, həmçinin memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan xüsusi gümüş xatirə sikkəsi böyük maraq doğurub.

Bu təşəbbüs Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, regionun iqtisadiyyata inteqrasiyası və yerli brendlərə çıxışın genişləndirilməsi baxımından əhəmiyyətlidir. “AzerGold” qızıl və gümüş məhsullarının marketinq və pərakəndə satışına dair 2026-2028-ci illər üzrə strategiyasına uyğun olaraq sərgi-səyyar satış günlərini ölkənin digər regionlarında da davam etdirəcək.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?