20 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın turizm imkanları Ankarada beynəlxalq sərgidə nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Ankarada beynəlxalq sərgidə nümayiş etdirilir

Türkiyənin Ankara şəhərində keçirilən 9-cu “TRAVELEXPO ANKARA” Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycanın turizm imkanları təqdim olunur.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Türkiyənin müxtəlif regionlarından və 20-dən çox ölkədən turizm sənayesi nümayəndələrini bir araya gətirən sərgi turizm istiqamətlərinin tanıdılması və beynəlxalq işgüzar əlaqələrin qurulmasına xidmət edir.

Türkiyə bazarında Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilən fəaliyyət çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi sərgidə milli stendlə təmsil olunur. Stenddə ölkənin qış turizmi potensialına xüsusi diqqət yetirilir.

Sərgidə iştirakın əsas məqsədi Azərbaycanın turizm potensialını Türkiyə və digər ölkələrin turizm sənayesi nümayəndələrinə tanıtmaq, B2B görüşlər vasitəsilə yeni işgüzar əlaqələr qurmaq və iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarını genişləndirməkdir.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?