Mərkəzi Asiya ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 180,7 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 21,4 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 5,8 faiz, cari ilin əvvəlinə nisbətdə isə 48 faiz çoxdur.
