19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 faizdən çox artıb

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 faizdən çox artıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 10 435 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Nazirliyin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,8 faiz artım müşahidə olunub.

Qeydiyyata alınan əmlaklardan 4785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksidir.

Cari ilin 10 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2 milyon manatdan artıq xidmət haqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 min manat və ya 5,5 faiz çoxdur.

VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?