9 ayda 7 mindən çox kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib
Cari ilin yanvar–sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ümumilikdə 7 006 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən, hesabat dövründə 2 494 müraciət üzrə 50,4 milyon manat məbləğində texnika və avadanlıq təyinatlı güzəştli kredit, 1 755 müraciət üzrə 21,4 milyon manat mikrokredit, həmçinin 5 müraciət üzrə 240,5 min manat aşağı faizli orta həcmli güzəştli kredit verilib.
