3 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 2-də İordaniyanın paytaxtı Əmmanda “Experience Azerbaijan B2B Networking Event” adlı işgüzar görüş təşkil edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirdə 48 şirkəti təmsil edən 66 turizm sənayesi nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm istiqaməti kimi tanıdılması və iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin genişləndirilməsi olub.

Proqram çərçivəsində iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları barədə məlumat verilib. Təqdimatda Bakı, Qəbələ, Quba, Qusar və Şəki kimi turizm istiqamətlərinə diqqət yetirilib. Həmçinin ailəvi istirahət, lüks kurortlar, təbiət və macəra turizmi, qış turizmi, mədəni irs, qastronomiya, sağlamlıq və halal turizm imkanları təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycanın üç şirkətinin nümayəndələri ilə İordaniyanın turizm sənayesi təmsilçiləri arasında B2B formatlı görüşlər keçirilib. Görüşlərdə mümkün əməkdaşlıq istiqamətləri, birbaşa işgüzar əlaqələrin qurulması və yeni biznes imkanları müzakirə olunub.

Rəsmi səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və İordaniya Turizm Şurasının baş icraçı direktoru Ramzi Al-Maaytah arasında da görüş keçirilib. Görüşdə mövcud uçuşlar, viza prosedurlarının sadələşdirilməsi və gələcəkdə iki ölkə arasında yeni hava əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub.

Azərbaycan və İordaniya arasında hava əlaqəsi əsasən yay mövsümündə AZAL və “Fly Jordan” aviaşirkətləri tərəfindən həyata keçirilən həftəlik çarter reysləri vasitəsilə təmin olunur. Bu reyslər İordaniyadan Azərbaycana səfər edən turistlər üçün əlavə səyahət imkanları yaradır.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?