Ölkədə pul bazası 17 faizdən çox artıb
2026-cı ilin oktyabr ayında Azərbaycanda pul bazası 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 17,5 faiz artaraq 25 146,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin sentyabr ayına nisbətdə pul bazasında 1,3 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 22 470,2 milyon manat olub.
