“CSCEC International” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
“CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdük. Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
"Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik", - nazir əlavə edib.

