2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR-ın 2026-cı ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

SOCAR-ın 2026-cı ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən çox qazma işləri həyata keçirilib. Hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3 faiz artıb.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8 faiz artım qeydə alınıb.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?