İsveçrə Azərbaycandan neft tədarükünü artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 193,5 milyon ABŞ dolları dəyərində 272,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3,6 dəfə, həcm baxımından isə 3 dəfə üstələyir.
Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən 10,1 milyard dollar dəyərində 15,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İsveçrə 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,72 faizi bu ölkənin payına düşüb.
