Sement istehsalında artım var
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 3 210,4 min ton sement istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,7 faiz artıb.
2026-cı ilin oktyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 261,8 min ton təşkil edib.
