Ölkədən 172,3 milyon dollar dəyərində tomat ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 172,3 milyon ABŞ dolları dəyərində tomat ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 9,6 faiz artıb.
Cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,72 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,59 faizə bərabər olub.
