9 ayda 116 milyon dollarlıq meşə fındığı ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 116,5 milyon ABŞ dollarından çox dəyərdə meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 16 faiz artıb. Hesabat dövründə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,49 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,75 faizə bərabər olub.
