22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nişdə kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb

Nişdə kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb

Belqradda SOCAR, Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS) və "Srbijagas" şirkəti arasında Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb.

Sənədi SOCAR prezidentinin müşaviri, “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç imzalayıblar.

500 MVt gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis edilməsini nəzərdə tutan sənədə əsasən, birgə müəssisədə Serbiya iştirakçılarının payı 50 faiz, Azərbaycan tərəfinin payı isə 50 faiz təşkil edəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.

Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç, SOCAR prezidentinin müşaviri Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç, “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç çıxış ediblər.

Çıxışlarda bu cür layihələrin Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələrinə əsaslandığı qeyd olunub.

Layihənin Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?