6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

14 ölkədən 5-i vahid elektron tranzit sənədinə keçidi razılaşdırıb AÇIQLAMA

TRACECA üzvü olan 14 ölkədən 5-i vahid elektron tranzit sənədinin tətbiqini razılaşdırıb. Bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Casurbek Çoriyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “vergiler.az”a açıqlamasında bildirib.

Baş katibin sözlərinə görə, Orta Dəhlizdə əsas problemlər infrastrukturdan daha çox “yumşaq bağlantı”, məlumat mübadiləsi və təşkilati koordinasiya ilə bağlıdır: “Hazırda optimallaşdırıla və istifadə edilə biləcək kifayət qədər resurs və güc var. Lakin məlumat mübadiləsi, tələb olunan məlumatları təqdim etmək həvəsi hazırda dəhlizdə çatışmayan cəhətdir”.

Bu istiqamətdə əsas prioritetlərdən biri prosedurların sadələşdirilməsi və çoxtərəfli elektron sənədləşmənin tətbiqidir. Bu il imzalanan e-tranzit sənədi ölkələrə hər bir dövlətdən ayrıca sənəd almaq əvəzinə vahid tranzit sənədindən istifadə etmək imkanı yaradır. Bundan başqa, e-CIM və e-SMGS elektron sənədləri vasitəsilə dəmir yolu və bərə daşımalarının vahid sənəd altında əlaqələndirilməsi nəzərdə tutulur.

14 üzv ölkənin nümayəndələri ilə danışıqların aparıldığını qeyd edən Casurbek Çoriyev əlavə edib ki, onların 5-i bu proqram və proseduru tətbiq etməyə razılıq verib. Məqsəd gələn ilə qədər TRACECA-ya üzv ölkələrin ən azı 60 faizinin bu proseduru əməliyyat mərhələsində tətbiq etməsinə nail olmaqdır.

Rəqəmsal və “yumşaq bağlantı”nın yaxşılaşdırılmasının TRACECA-nın növbəti dörd il üçün əsas prioritetlərindən olduğunu deyən C.Çoriyev təşkilatın artıq 2030 və 2036-cı illər üzrə strategiyalarını da təsdiqlədiyini diqqətə çatdırıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?