15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib YENİLƏNİB

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələləri, prioritet layihələrin reallaşdırılması və ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

-----

17:42

“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşdük. Ticarət, investisiya, enerji və digər sahələrdə birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladıq. İqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələlərini, prioritet layihələrin reallaşdırılması və ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?