7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Bakıya gəlir

Sentyabrın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti Hans Piter Lankesin (Hans Peter Lankes) Bakıya səfəri gözlənilir. "Report"un məlumatına görə, iki gün davam edəcək səfər zamanı H.P.Lankesin Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan qurumların rəhbərləri ilə görüşü, müzakirələr aparması nəzərdə tutulub. Bundan əlavə, vitse-prezidentin Azərbaycan Dövlət Neft Fondunun keçirəcəyi investisiyalara həsr edilmiş beynəlxalq konfransda da iştirakı gözlənilir. H.P.Lankes 2017-ci ildən IFC-də iqtisadiyyatlar və özəl sektorun inkişafı üzrə vitse-prezidentdir.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və bu vaxta qədər qurum 72 layihə üzrə ölkəmizə 500 mln. ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb. Bu layihələrdən 56-sı uzunmüddətli layihələr olub. Həmçinin IFC özünün ticarətin dəstəklənməsi proqramı çərçivəsində Azərbaycana 80 mln. dollarlıq dəstək verib və Bakı-Tbilisi-Ceyhan kəmərinə isə 250 mln. dollar həcmində kredit ayırıb.

Qeyd edək ki, Dünya Bankı Qrupuna daxil olan IFC "AGBank" ASC-də 4,2 faizlik, "Access Bank" QSC-də isə 16,6 faizlik paya malikdir.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?