15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu (ATB) 11-13 may tarixlərində Koreya Respublikasının Pohanq və Kyoncu şəhərlərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində iştirak edib.

Agentlikdən verilən məlumata görə, “Dayanıqlı gələcəyə doğru istiqamət” mövzusunda təşkil olunan sammit Asiya-Sakit okean regionunun turizm liderlərini bir araya gətirərək sənayenin gələcək inkişaf perspektivləri və qarşıda duran çağırışlar ətrafında müzakirələr üçün platforma rolunu oynayıb.

Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilən “Post-APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) dövründə dayanıqlı turizm idarəçiliyi” mövzusunda yüksək səviyyəli panel sessiyasında iştirak edib. Milli turizm qurumlarının nümayəndələrini bir araya gətirən sessiyada dəyişən geosiyasi, iqtisadi və ekoloji reallıqlar fonunda hökumətlərin turizm sahəsində effektiv idarəetmə yanaşmaları müzakirə olunub.

Müzakirələrdə turizm siyasətlərinin əlaqələndirilməsi, turizm istiqamətlərinin dayanıqlı idarə olunması, sərhədlərarası əməkdaşlıq, turizmin dayanıqlı inkişafı, yerli icmalara təsiri və uzunmüddətli rəqabətqabiliyyətliliyin təmin olunması məsələlərinə toxunulub.

Sammit zamanı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstmid ilə PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid arasında keçirilən görüşdə turizm sahəsində beynəlxalq əməkdaşlıq imkanları və Azərbaycanın Asiya-Sakit Okean regionunda tanıtım perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

PATA qlobal turizm sahəsində nüfuzlu şəbəkələrdən biri kimi Asiya-Sakit Okean regionu üzrə turizm istiqamətlərinin idarə edilməsi təşkilatlarını, turizm qurumlarını və sənaye tərəfdaşlarını hər il bir araya gətirir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?