6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qubada “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti” keçiriləcək

Qubada “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti” keçiriləcək

Mayın 22-də Quba şəhərində şimal-şərq regionunun iqtisadi potensialının artırılmasına hədəflənən “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti” keçiriləcək.

Tədbir MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək (QİAD) platformasının birgə təşkilatçılığı, həmçinin KOBİA, ASK, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rəsmi tərəfdaşlığı ilə baş tutacaq.

Şimal-şərq regionunun iqtisadi potensialını vahid platformada bir araya gətirəcək tədbir çərçivəsində təşkil olunacaq “Regional Expo” sərgisi və B2B formatlı görüşlər 100-dən çox müəssisə arasında əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradacaq.

Burada fəaliyyət göstərəcək “Texnologiya və Rəqəmsal Zona”da İT həllər, e-ticarət və istehsalatın avtomatlaşdırılması üzrə təqdimatlar keçiriləcək. Bununla yanaşı, maliyyə resurslarına çıxışın asanlaşdırılması məqsədilə iştirakçılara sahibkarlıq kreditləri və mikro-KOB-lar üçün nəzərdə tutulan proqramlar barədə məlumatlar veriləcək.

Bununla yanaşı, xüsusi mentorluq sessiyalar vasitəsilə gənc mütəxəssis və sahibkarlara praktiki biliklərin ötürülməsi imkanları yaradılacaq. Sammitdə iştrak üçün qeydiyyat linki: https://shorturl.at/19YCl

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?