6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
bp Özbəkistanda “Üstyurt” üzrə Pay Bölgüsü Sazişinə qoşulub

bp Özbəkistanda “Üstyurt” üzrə Pay Bölgüsü Sazişinə qoşulub

Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.

SOCAR-ın məlumatına görə, Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən sənədlər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov, “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, SOCAR-ın operatoru olduğu layihədə bp saziş üzrə ümumilikdə 40 faiz iştirak payı əldə edib. Bu payın 20 faizi SOCAR-dan, 20 faizi isə “Uzbekneftegaz”dan alınıb. Beləliklə, yeni razılaşmaya görə SOCAR 30 faiz, “Uzbekneftegaz” 30 faiz, bp isə 40 faiz iştirak payına sahib olur.

Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Hazırda layihə ilkin mərhələdədir və SOCAR operator qismində seysmik tədqiqat işlərini həyata keçirir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?