6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tütün məmulatları istehsalı layihəsi həyata keçiriləcək

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tütün məmulatları istehsalı layihəsi həyata keçiriləcək

“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Agentliyin məlumatına görə, yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?