6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Serbiya ilə investisiya və ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

Serbiya ilə investisiya və ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Serbiyanın mədəniyyət naziri, Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Serbiya naziri Nikola Selakoviç ölkəsinin investisiya potensialı, xüsusilə sağlamlıq turizmi sektorunda imkanlar barədə danışıb. Bu sahədə tərəfdaşlıq perspektivləri qeyd olunub.

Görüş zamanı Azərbaycan məhsullarının Serbiya bazarına ixrac perspektivlərinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı məhsullarının ixrac potensialının araşdırılması üçün Azərbaycan ixracatçıları ilə görüşün keçirilməsi qərara alınıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsi məqsədilə bir-birilərini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu çərçivədə Serbiyada təşkil olunacaq ixtisaslaşmış “Expo 2027” ümumdünya sərgisi və bu il Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xüsusi vurğulanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?