6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib

Sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də 20-yə yaxın avtomobil markasının rəsmi distribütor və satıcılarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2026-cı il üçün Yol Xəritəsi”ndə yer alan tapşırıqların icrası məqsədilə keçirilən görüşdə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə edilib.

İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.

Sonda Agentlik tərəfindən bazar iştirakçılarının məsuliyyətli davranışı və hüquqi maarifləndirmə yönündə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?