9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verib. Bu məqsədlə Naxçıvan Dövlət Universitetində professor-müəllim heyəti, elm adamları və tələbələrlə görüş təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin iqtisadi inkişaf, sosial rifah və ətraf mühitin qorunması baxımından əhəmiyyətini vurğulayıblar, elm-təhsil potensialının bu prosesə inteqrasiyasının vacibliyi qeyd edilib.

Görüşdə maarifləndirmə işlərinin və elmi tədqiqatların DİM-lərin icrasındakı rolu, eləcə də DİM-lərin lokallaşdırılması prosesində akademik dairələrin və gənclərin iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində universitetdə fəaliyyət göstərən Dayanıqlı İnkişaf Məqsədləri üzrə Mərkəzin fəaliyyəti ilə tanışlıq olub. Mərkəz tərəfindən DİM-lərin təşviqi və həyata keçirilməsi istiqamətində görülən işlərə dair təqdimat dinlənilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə layihənin icrasına başlanılması məqsədilə görüş təşkil edib. Tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, özəl sektor təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması prosesi, şəhərlərin DİM-lərin icrasındakı rolu, DİM-lərin yerli və regional inkişaf sənədlərinə inteqrasiyası, həmçinin Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması, institusional əməkdaşlıq mexanizmləri və beynəlxalq təcrübələrə dair təqdimatlar edilib. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqi inklüziv və dayanıqlı inkişafın təşviqi, regionların potensialının gücləndirilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, DİM-lərin lokallaşdırılması istiqamətində Şuşa və Naxçıvan şəhərləri pilot ərazilər kimi müəyyən edilib. Qarşıdakı illər ərzində DİM-lərin yerli səviyyədə tətbiqi və inteqrasiyası istiqamətində mərhələli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?