15 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Dövlət torpaqlarının icarəsində yeni mexanizm: iri sahələr üçün güzəştli əmsallar tətbiq olunur”

Nazirlər Kabinetinin 8 may tarixli 138 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilib. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin illik icarəhaqqı məbləğinə güzəştli əmsallar tətbiq olunacaqdır.

Dəyişikliyin əsas məqsədi iri ölçülü dövlət torpaq sahələrinin icarəsi zamanı sahibkarların və investorların maliyyə yükünü azaltmaq, investisiya mühitini genişləndirmək və xüsusilə böyük ölçülü dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb olunmasını stimullaşdırmaqdır.

Qeyd edək ki, yeni mexanizmdə mövcud baza yanaşması saxlanılır. Belə ki, Bakı şəhəri üzrə icarə haqqı torpağın bazar dəyərinin 3 faizi, ölkənin digər şəhər və rayonları üzrə isə 2 faizi həcmində müəyyən edilir.

Bununla yanaşı, iri ölçülü torpaq sahələrinə ölçüsündən asılı olaraq azalan əmsallar tətbiq olunur. Dəyişikliyə əsasən, 5.000 m2-dək (5.000 m2 daxil olmaqla) olan torpaq sahələri üzrə əmsal 1,0 təşkil edir. Sahənin 5.000 m2-dən 10.000 m2-dək olan (10.000 m2 daxil olmaqla) hissəsinə 0,8, 10.000 m2-dən 50.000 m2-dək (50.000 m2 daxil olmaqla) olan hissəsinə 0,7 və 50.000 m2-dən yuxarı olan hissəsinə isə 0,5 əmsal tətbiq olunur.

Göründüyü kimi, torpaq sahəsi böyüdükcə tətbiq olunan əmsal azalır və bu da icarə məbləğinin aşağı düşməsinə səbəb olur. Nümunə olaraq qeyd edək ki, yeni tənzimləmə mexanizmi nəticəsində əvvəllər Lənkəran rayonunda illik icarə haqqı 10.000 manat təşkil edən 10 hektar torpaq sahəsi üzrə həmin icarəhaqqı 6.200 manata enəcəkdir.

Tətbiq ediləcək əmsallar nəticəsində icarəyə verilən torpaq sahələrinin sayı və sahəsi artacaq, böyük ölçülü torpaq sahələrini icarəyə cəlb etmək daha asan olacaq. Bununla yanaşı, dəyişikliklər dövlət torpaqlarının daha səmərəli istifadə olunmasına, istifadə olunmayan və ya səmərəsiz istifadə olunan sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsinə, həmçinin icarəyə verilən torpaq sahələri bazasının genişlənməsi hesabına büdcəyə daxilolmaların artmasına şərait yaradacaq.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?