6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
4SİM və DİF “TradeTech” təşəbbüsü çərçivəsində təhlillərin nəticələrini təqdim edib

4SİM və DİF “TradeTech” təşəbbüsü çərçivəsində təhlillərin nəticələrini təqdim edib

qtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) birgə əməkdaşlığı çərçivəsində DİF-in “TradeTech” təşəbbüsü üzrə Azərbaycanda aparılan təhlillərin nəticələri barədə təqdimat keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov, DİF-in Rəqəmsal ticarət və “TradeTech” üzrə rəhbəri Tim Stekkinqer və “TradeTech” üzrə layihə rəhbəri Nitin Şarma tərəfindən “TradeTech üzrə Strateji İnkişaf Təhlili” barədə məlumat verilib, Azərbaycanın rəqəmsal ticarət ekosistemində mövcud imkanlar, əsas çağırışlar və beynəlxalq rəqəmsal ticarət sistemlərinə inteqrasiyanı sürətləndirə biləcək prioritet istiqamətlər diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanda güclü rəqəmsal dövlət infrastrukturu formalaşdırılıb. Bununla yanaşı, elektron ticarət sənədlərinin beynəlxalq səviyyədə tanınması, dövlət və özəl sektor sistemləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və “TradeTech” ekosisteminin inkişafı istiqamətində bir sıra addımların atılmasına ehtiyac var. Təhlildə milli “TradeTech” icmasının formalaşdırılması, xüsusi tənzimləyici rejimlərin (“sandbox”) tətbiqi və rəqəmsal ticarət həllərinin genişləndirilməsi ilə bağlı DİF-in tövsiyələri təqdim olunub.

Tədbir çərçivəsində dövlət qurumları, maliyyə institutları, logistika şirkətləri, innovasiya ekosistemi iştirakçıları və özəl sektor nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, rəqəmsal ticarət sahəsində mövcud çağırışlar və inkişaf imkanları ətrafında fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, DİF-in “TradeTech” təşəbbüsünün məqsədi süni intellekt, blokçeyn, rəqəmsal ödənişlər və digər innovativ texnologiyalar vasitəsilə sərhədlərarası ticarətin asanlaşdırılması, logistika və gömrük əməliyyatlarının səmərəliliyinin artırılması, eləcə də kiçik və orta biznes subyektlərinin beynəlxalq ticarət imkanlarının genişləndirilməsidir. Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da müəyyən edilmiş prioritet istiqamətlərlə uzlaşır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?