9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq

May ayının sonundan başlayaraq ödəniş qəbul edən əksər sahibkarlıq subyektləri əməliyyatları QR-la rahatlıqla həyata keçirə biləcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “vergiler.az”ın sualına cavabında bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq: “Bu ilin əvvəlindən ölkədə QR ödənişlərin qəbul edilməsi infrastrukturu geniş miqyasda yayılır. Mayın sonu, maksimum iyun ayının sonuna kimi əksər sahibkarlıq subyektləri QR ödənişləri rahatlıqla qəbul edə biləcəklər. Bu da bankların xidmət haqqı tariflərinin kəskin azalmasını təmin edəcək. QR-la ödənişlər kartlarla deyil, Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilir. Həmin məbləğ anında ödəyicinin hesabından çıxılır, sahibkarın hesabına köçürülür. Burada da tariflər kəskin formada aşağıdır”.

T.Kazımov hesab edir ki, həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də hüquqi şəxslər banklarla birgə QR ödənişləri tətbiq etsələr, bu, “Visa” və “Mastercard” şirkətlərinin təklif etdiyi bank kartlarından asılılığı azaldacaq. Yeri gəlmişkən, AMB həmin şirkətlərdən tariflərin azaldılmasını tələb edib: “Visa” və “Mastercard”la tariflərin azaldılması istiqamətində müzakirələr aparırıq. Öz tərəfimizdən biz bunu sərt tələb edirik. Çünki son illərdə tariflərin kəskin artdığını müşahidə edirik. Qeyd edim ki, həm “Visa”, həm də “Mastercard” bizimlə tərəfdaşlıq edirlər. Növbəti həftələrdə onlar tariflərin azalsılması ilə bağlı öz təkliflərini verəcəklər”.

Fərqanə ALLAHVERDİQIZI

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?