6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DİF-in yeni hesabatı Azərbaycanda süni intellektin enerji səmərəliliyi potensialını açıqlayır

DİF-in yeni hesabatı Azərbaycanda süni intellektin enerji səmərəliliyi potensialını açıqlayır

Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzinin “Enerjidə Süni İntellekt” təşəbbüsü çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə birgə həyata keçirilən pilot layihənin nəticəsi olaraq “Gələcəyin binaları üzrə pilot layihə: Azərbaycanın enerjidə süni intellekt üzrə yol xəritəsi” (“Piloting Buildings of the Future: Azerbaijan’s AI-Energy Playbook”) adlı yeni hesabat nəşr olunub.

Hesabat Azərbaycanın ən yüksək enerji istehlakına malik sahələrindən biri olan kommersiya təyinatlı binalarda süni intellekt (Sİ) texnologiyalarının tətbiqi imkanlarını qiymətləndirir və bu istiqamətdə praktik yol xəritəsi təqdim edir.

Aparılan araşdırmaların nəticələri göstərir ki, uyğun infrastruktur mövcud olan binalarda süni intellekt həllərinin tətbiqi enerji istehlakını 25%-dək azaltmaq, karbon emissiyalarını isə 20-40% intervalında aşağı salmaq potensialına malikdir. Eyni zamanda, həmin binalarda investisiyanın geri dönüş müddətinin 6-18 ay arasında dəyişməsi bu yanaşmanın iqtisadi cəhətdən yüksək səmərəliliyini təsdiqləyir.

Hesabatda qeyd olunur ki, binalar Azərbaycanda ümumi enerji istehlakının əhəmiyyətli hissəsini təşkil edir və bu sektorun optimallaşdırılması ölkənin iqlim hədəflərinə çatmasında mühüm rol oynaya bilər.

Sənəd real pilot təcrübəsinə əsaslanaraq aşağıdakı əsas istiqamətləri önə çəkir:

Qlobal süni intellekt həllərinin yerli infrastruktur və bazar şərtlərinə uyğunlaşdırılması
Dövlət və özəl sektor arasında effektiv əməkdaşlığın qurulması
Pilot layihələrdən milli miqyaslı tətbiqlərə keçid üçün yol xəritəsinin formalaşdırılması

Sənəd həmçinin süni intellektin enerji səmərəliliyinin artırılması ilə yanaşı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyatın inkişafı və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayır.

Hesabatda real tətbiq təcrübəsinə əsaslanaraq əsas maneələr (texniki, institusional və tənzimləyici), onların həlli yolları və genişmiqyaslı tətbiq üçün praktiki tövsiyələr təqdim olunur. Bununla yanaşı, dövlət qurumları, biznes subyektləri və texnologiya təminatçıları arasında koordinasiyalı fəaliyyətin süni intellektin enerji sektorunda effektiv tətbiqinin əsas şərti olduğu qeyd edilir.

Bu təşəbbüs Azərbaycanın enerji səmərəliliyi sahəsində innovativ yanaşmalara açıq olduğunu göstərməklə yanaşı, ölkəni regionda “ağıllı və aşağı karbonlu binalar” konsepsiyasının tətbiqində qabaqcıl nümunələrdən birinə çevirə bilər.

(Hesabatın tam versiyası: https://reports.weforum.org/docs/WEF_Piloting_Buildings_of_the_Future_2026.pdf)

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?