27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, su təchizatı və digər istiqamətlərdə reallaşdırılan layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində, özəl sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Ticarət və regional inteqrasiyanın, qlobal əlavə dəyər zəncirlərinə çıxışın, sabit makroiqtisadi mühitin ölkəmizi xarici investorlar üçün cəlbedici investisiya məkanına çevirdiyi qeyd olunub. Bildirilib ki, Toplantıların Bakıda təşkili ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda daha da tanıdılmasına töhfə verəcək.

İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Toplantıların tərəfdaşlıqların gücləndirilməsi və Qrupa üzv ölkələrdə dayanıqlı inkişafı təşviq edəcək innovativ həllərin irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantılar, eyni zamanda, qlobal çağırışların birgə müzakirəsi və ortaq inkişaf üçün yeni imkanların müəyyən edilməsi üçün mühüm platformadır.

Görüşdə Bakıda keçiriləcək İİB Qrupunun İllik Toplantılarının rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğu bəyan edilib.

Tərəflər İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, iqtisadiyyat, o cümlədən maliyyə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İİB Qrupunun 51-ci İllik Toplantıları 16-19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək. İnkişaf üzrə dialoq üçün aparıcı qlobal platforma rolunu oynayacaq tədbirlərdə maliyyə, iqtisadiyyat və digər sahələr üzrə məsul nazirlər, beynəlxalq maliyyə institutlarının və özəl sektorun rəhbər şəxsləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

-----

14:49

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantılarına hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, Bankla ölkəmizin əməkdaşlıq istiqamətləri və birgə həyata keçirilən layihələr barədə müzakirələr apardıq. Builki İllik Toplantıların rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğunu bəyan etdik.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?