7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımlar müzakirə edilib

"Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımlar müzakirə edilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinn “Growth Lab” mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman ilə görüşüb.

Görüş zamanı ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, qeyri-neft sektorunun inkişafı və davamlı iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər barədə məlumat verilib. “Growth Lab” ilə əməkdaşlığın genişləndirilməsinin iqtisadi islahatların elmi əsaslarla dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Müzakirələr çərçivəsində Azərbaycan Hökuməti ilə “Growth Lab” tədqiqat mərkəzi arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları, bu müddətdə görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib.

Eyni zamanda, “Growth Lab” tərəfindən təqdim olunmuş tövsiyələrin icrası və potensial tərəfdaşlıq imkanları üzrə növbəti addımlar müzakirə olunub.

-----

11:58

“Harvard Universitetinin "Growth Lab" mərkəzinin təsisçisi və direktoru professor Rikardo Hausman ilə görüşümüzdə Azərbaycan Hökuməti və Harvard Universitetinin "Growth Lab" tədqiqat mərkəzi arasında üçillik tədqiqat əməkdaşlığının yekunlarını və görülmüş işləri nəzərdən keçirdik.

"Growth Lab" tədqiqat mərkəzinin tövsiyələrinin icrasını və potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?