7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri “Yumo Technology” MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, “Myad Solutions” MMC-nin “Admein.az” layihəsi (taksilərdə interaktiv reklam platforması), “Mergen Aİ” MMC-nin “HAL-X” ixtisaslaşdırılmış süni intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, “Baysart” MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz Technologies” MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya (“Omnichannel”) platforması, “İnnovation Media Services” MMC-nin “İnnMedia” layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), “Devlab” MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?