20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

2-3 may 2026-cı il tarixlərində İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “AzerGold” QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub.

“Azərxalça” ASC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil edilən festivalda dövlət şirkətinin 13 çeşiddə qızıl və 5 çeşiddə gümüş sikkələrdən ibarət kolleksiyaları, eləcə də investisiya məhsulları təqdim edilib.

“AzerGold” stendində xalçaçılıq elementlərini özündə ehtiva edən qızıl və gümüş məhsullar nümayiş etdirilib. Burada, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərini, milli və mənəvi dəyərlərini əks etdirən numizmatika nümunələri və müxtəlif mövzularda hazırlanmış sikkələr təqdim olunub.

“AzerGold” və “Azərxalça” birgə layihə əsasında ziyarətçilərə “İpəklə gümüşün harmoniyası” adlı fərqli vizual təcrübə təqdim edib. “Smartminting” (yüksək relyefli zərb texnologiyası) ilə ərsəyə gətirilən və nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələr və bu kolleksiyanın xalça interpretasiyası izləyicilərin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilmiş nadir fauna növləri – ceyran, bəbir və bezoar keçisi haqqında yerli və xarici qonaqlara ətraflı məlumat verilib. Stenddə “Bəbir” xalçasının kəsim prosesi də interaktiv şəkildə nümayiş etdirilib.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?